Logo
 

ana səhifə
yazdıqları
hüsni- camal
foruma baxış
səs səda
qonaq imzası
linknamə
ünvanı
 
 



 
 

     




Təkrir - Şer


Təkrir - Yeni ədəbi janr. Mənası təkrarlanma. Yəni sözlərin baş hərflərinin təkrarlanması.
Növləri: 1) Təkriri-Beyt. 2) Təkriri-təkrar.

Təkriri-Beyt - sözün baş hərfləri ancaq bir beytdə sözlərin əvvəlində təkrarlanır. (Həzrət Əli, Biz)
Təkriri-Təkrar - burda isə hərf bütün beytdə sözün başlanğıcında təkrar edilir. (S Hərfi)

Həzrət Əli


Əlidir ən əziz əhli əzəmət,
Əlidir ən əvvəl əhli əmanət,
Əli ənbiyadan ənamdır əlbət,
Əlisiz əziləcək əksəriyyət.

Loğmandır, ləbibdir, lətafətlidir,
Layiqdir Lailah laləzarına,
Lazımdır, labüddür, ləyaqətlidir,
Leyk laqeydik lütfkarına.

İslamın ilk iman ibtidasıdır,
İsmini işlədən, işlər ibadət.
İzzəti ixlasın istilasıdır,
İbrətdir insana ismi-imamət.

13 Avqust 2004, Berlin.

Biz


Bu bəşərin bağlanıb bəsirəti.
Batilin baisi bulunub bugün.
Bizlərə bəyənib bu biqeyrəti.
Bihudə bir bütə bağlanıb bütün.

İlahi! İrsidir iqtidarımız.
İstefa istəsə ictimaiyyət.
İşkəncə, istila, istismarımız.
İctimaiyyətə istər icabət.

Zəmanə zəlillik zəmanəsidir.
Zəhmətlə zalımın zülmün zəyiflət.
Zəmanə zibillik zəmanəsidir.
Zəhminlə zəyiflər zülm-zəlalət.

10 Avqust 2004, Berlin.

S Hərfi


Sanırdım səndədir sevgi, səadət.
Sevməyib sevgimi saldın sükuta.
Sözündən süzülür sənin siyasət.
Sevgimi seçməyib saldın süquta.

Seyrimə sanırdım səyyarə səni.
Simuzər, sədəfdən seçilməyirdin.
Sanırdım sevgidə sitarə səni.
Sən sevda suyunun sanki seliydin.

Sədaqət sevmədin, sərmayə sevdin.
Sərkərdə seçmişdim səni sevgimə.
Sən səməri sevdin, səviyyə sevdin.
Sən süstlük* səpdirdin səni* sevgimə.

süst - ucuz, zəyif

səni - uca, yüksək


6 Avqust 2004, Berlin.


Geri

 

 

 

 

  © Muntezir