| |
Həbib Füzuli oğlu Abdullayev 1983-ci il noyabr ayının 14-də Bakı
şəhəri köhnə "Dağlı məhəlləsi", müəllim ailəsində dünyaya gəlmişdir.
2000-ci ildə orta məktəbi bitirmiş, 2000 - 2001-ci illərdə Qərb Universitetində təhsil
almışdır.
Azərbaycanda olan bəzi siyasi səbəblər ucbatından ailəsinə görə vətəni
tərk etmək məcburiyyətində qalmış və Almaniyanın Berlin şəhərinə iltica
etmişdir. Hal-hazırda Berlində mühacir həyatı sürməkdədir.
Kiçik
yaşlarından şerlər yazır. Şeriyyat aləminə addımlamasında mühitindəki
şairlərin də rolu olmamış deyildir. Klassik dahi şairlərdən və dövrünün
"Sabiri" kimi tanınan rəhmətlik Hacı Baba Pünhandan, Nizami Rəmzidən və hal-hazırda
özünə ustad saydığı Məşədi Əbdül Fəqirdən qidalanmaqdadır.
Ləqəbi "Müntəzir", yəni intizarda olan, gözləyən
deməkdir. Mənası haqq-ədalət, xoşbəxt günün gələcəyini gözləmək,
zamanın Sahibinin intizarında olmaq. Mətbu olaraq ilk dəfə
"Hürriyyət"
qəzetində Müntəzir imzası ilə çıxış etmişdir. Internetdə rezonans doğurmuş
www.elsever.biz elektron jurnalının
qurucularından biridir, bundan başqa www.pur.gen.az ,
www.azerilife.com , www.mirzexezerinsesi.com ,
www.izedebiyat.com, www.amatorceedebiyat.com, www.turkedebiyati.org
saytlarında yazıları dərc olunub və hal hazırda olunmaqdadır. Azərbaycanda
çıxan "Alatoran" jurnalında da yazıları işıq üzü
görür.
Daha çox qəzəl, bəhri-təvil, janrlarında yazmağa, şerin yeni-yeni
imkanlarını sınamağa meyllidir. Əsasən də Azərbaycan ədəbiyyatında yeni
bir janr - "Təkrir"
şerinin təməlini qoymuşdur. Şerləri
əsasən siyasi-satirik, dini və ictimai mövzulardadır. Həyatın acı da olsa
həqiqətlərini, çirkinliklərini, eybəcərliklərini göstərməyə
çalışır. "Yaxşısı bizimdir, pislə mübarizə aparaq"
prizmasıyla çıxış edən yazar, haqqı deməyin zamana, məkana,
şəraitə dəxli olmadığını vurğulayır.
|
|